21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsində bu gün növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi millimiz seçmə mərhələdəki dördüncü oyununu İspaniyada Ukrayna yığmasına qarşı keçirib.
Görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edib. Oyunun baş hakimi FİFA referisi İrakli Kvirikaşvili olub.
Xatırladaq ki, Azərbaycan millisi seçmə mərhələyə Serbiyanın U-21 yığmasına qarşı keçirdiyi səfər oyunu ilə start vermiş və 0:2 hesablı məğlubiyyətlə üzləşmişdi. Millimizin Şimali İrlandiya ilə ev oyunu isə 0:1 hesablı məğlubiyyətlə yekunlaşmışdı. Komandamız yalnız sonuncu Lüksemburqla ev oyunundan 3:2 hesablı qələbə ilə ayrılmışdı.
Yığmamızdan fərqli, Ukraynanın gənclərdən ibarət seçmə komandası seçmə mərhələyə çox möhtəşəm başlamışdı. Onlar startda Şimali İrlandiya (evdə 1:0), ardından Lüksemburq (səfərdə 3:0, evdə 4:0) və İngiltərə (evdə 3:2) üzərində qələbələrə sevinmişdilər.
İtkisiz irəliləyən Ukrayna seçməsi Azərbaycanla oyunda da qələbə qazanan tərəf olub.
Bu gün F qrupu çərçivəsində Serbiya da Lüksemburqu qəbul edib və 2:0 hesabıyla qalib gəlib. İngiltərə yığması isə hazırda Şimali İrlandiya ilə qarşılaşır.
AÇ-2025-in seçmə mərhələsi
F qrupu
21 noyabr
Ukrayna – Azərbaycan 1:0
Qol: Vladimir Brazko, 34-pen.
Baş hakim: İrakli Kvirikaşvili (Gürcüstan).
Baş hakimin köməkçiləri: Georgi Elikaşvili, Davit Çiqoqidze (Gürcüstan).
Dördüncü hakim: Georgi Avazaşvili (Gürcüstan).
İspaniya. Mursiya. “Nueva Kondomina” stadionu.
Ukrayna: 1. Ruslan Neşçeret, 2. Kostiantin Vivçarenko, 5. Vitali Roman, 8. Oleq Oçeretko, 9. Nazar Voloşin (6.Maksim Kuçeriavqi, 73), 10. Yeqor Yarmolyuk (22. Valentin Rubçinski, 51), 13. Vladimir Salyuk, 14. İllia Kvasnitsia 19. Daniel Skorko, 90+1), 16. Arseniy Bataqov, 17. Vladimir Brazko (k), 20. İqor Krasnopir (7. Boqdan Vyunnik, 73).
Ehtiyat oyunçular: 23.Kiril Fesyun, 3. Yevgeni Pvlyuk, 4. Roman Didyuk, 15. Artyom Smolyakov, 18. İvan Varfolomyeyev.
Baş məşqçi: Unai Melqosa.
Azərbaycan: 1. Rüstəm Samiqullin, 2. Abdulla Rzayev, 4. Cəlal Hüseynov, 7. Camal Cəfərov (23. Ramin Nəsirli, 76), 8. Fərid Yusifli (k) (5. Nazim Həsənzadə, 90+1), 9.Nəriman Axundzadə (16. Ağadadadş Salyanski, 90+1), 10. Veysəl Rzayev, 13. Qurban Səfərov, 15. Süleyman Damadayev, 19. Samir Abdullayev (17. Murad Vəliyev, 63), 21.Mahir Həsənov.
Ehtiyat oyunçular: 12. Eldar Tağızadə, 3. Mirəli Əhmədov, 11. Nihat Fərəcli, 18. Hüseyn Babayev, 20. Nemət Şıxəmirov.
Baş məşqçi: Samir Əliyev
Xal: Ukrayna – 15. İngiltərə – 9. Serbiya – 9. Lüksemburq – 3. Şimali İrlandiya – 3. Azərbaycan – 3.


