“Kolambus Kryu” futbol üzrə ABŞ çempionu oldu

“Los-Anceles”i qəbul etmiş “Kolambus Kryu” MLS-in final oyunu çərçivəsində 2:1 hesabı ilə qələbə qazanaraq ABŞ çempionu olub.

Arena.az məlumat verir ki, qaliblərin heyətində 33-cü dəqiqədə Kuço Ernandes və 37-ci dəqiqədə Yav Yeboa fərqlənib, qonaqlar isə 74-cü dəqiqədə Deni Buanqanın qolu ilə təsəlli tapıblar.

Xatırladaq ki, müntəzəm mövsümdə “Kolumbus Kryu” 57 xal toplayaraq turnir cədvəlində 3-cü yeri tutub. “Los-Anceles” isə öz növbəsində 52 xalla 8-ci yerdə qərarlaşıb.

“Kolambus Kryu” tarixində 3-cü dəfə MLS çempionu olub (2008, 2020, 2023). Komanda sonuncu dəfə 2020-ci ildə finalda “Sietl Saunders”i 3:0 hesabı ilə məğlub edərək turnirin qalibi olmuşdu.

MLS-də ən çox qalibiyyət rekordçusu kuboku 5 dəfə qazanmış “Los-Anceles Qalaksi”dir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: