Tomas Tuxel 1:5 hesablı biabırçı məğlubiyyəti şərh etdi

“Bayern”in baş məşqçisi Tomas Tuxel Almaniya Bundesliqasının 14-cü turunda komandasının səfərdə “Ayntraxt”a məğlubiyyətini (1:5) şərh edib.

Arena.az məlumat verir ki, bu məğlubiyyət “Bayern”in son 4 ildə Bundesliqa çərçivəsində müvafiq hesablı ilk məğlubiyyətidir.

“Biz məğlub olmağa layiq idik. Bunun üçün hamımız təqsirkarıq. Bu, həftəlik məşq dövründən sonra baş verməməlidir. Biz belə oynamamalıyıq. Bu gün bizim səfər oyununda qalib gəlmək heç, arzumuz yox idi”, – “Sky Sport Germany” dərgisi Tuxeldən sitat gətirir.

Hazırda “Bayern” Bundesliqasının turnir cədvəlində 14 turdan sonra 32 xalla 2-ci pillədə qərarlaşıb. “Ayntraxt” isə 21 xalla 7-ci yerdədir. Almaniya çempionatına 35 xalla “Bayer Leverkuzen” başçılıq edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: