İspaniya La Liqasında uzun müddət prezident kimi fəaliyyət göstərən Xavyer Tebas yenidən 4 illik müddətə cari vəzifəsinə seçilib.
Arena.az bu barədə İspaniya La Lliqasının mətbuat xidmətinə istinadən məlumat verir.
61 yaşlı Tebas bu vəzifəni 2013-cü ilin aprelindən tutur. 2023-cü ilin noyabrında Tebas təkrar seçki prosesinə ən qısa zamanda başlamaq üçün istefa verib.
Xavyer Tebas bu seçkilərdə yeganə namizəd olub. Bu, Tebasın müvafiq vəzifədə dördüncü müddətidir.
Vurğulayaq ki, Tebasın ölkənin iki aparıcı klubu – “Real” və “Barselona”nın rəhbərliyi ilə münasibətləri gərgindir. Tərəflər tez-tez ictimaiyyət qarşısında tikanlı atmacalarla atışırlar.
“Barselona”nın prezidenti Joan Laporta hətta Tebası yalançılıqda təqsirləndirir. O, məmuru istefaya çağırıb.


