“Real” “Barselona”nın apellyasiyasının ləğvini tələb edir

“Real” “Barselona”nın “Neqreyra işi” üzrə apellyasiya şikayətinin ləğv edilməsi tələbi ilə məhkəməyə müvafiq məzmunda məktub ünvanlayıb.

Arena.az bu barədə “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir.

“Real” İspaniya Kral Futbol Federasiyasının (RFEF) Hakimlər Texniki Komitəsinin keçmiş vitse-prezidenti Xose Neqreyranın işi ilə bağlı Barselona məhkəməsinə məktub göndərib. Bu sənəddə “Kral kubu” “Barselona”nın verdiyi apellyasiya şikayətinin rədd edilməsini xahiş edir və həmçinin bu işdə fövqəladə ciddilik və miqyasda idman korrupsiyasının əlamətlərinin olduğunu bildirir.

Xatırladaq ki, sentyabrda İspaniya Kral Futbol Federasiyasının Hakimlər Texniki Komitəsinin keçmiş vitse-prezidenti Xose Neqreyranın işi üzrə “Barselona”nın rəsmi olaraq rüşvətxorluqda ittiham olunduğu məlum olmuşdu.

Hazırda “Neqreyra işi” ilə bağlı araşdırmalar davam etdirilir. Yekun qərarın nə vaxt veriləcəyi bilinmir. İttihamlar sübuta yetirilsə, “Barselona”nı çox ağır cəzalar gözləyir. “Barselona”nın titullarından məhrum edilməklə yanaşı, hətta klub olaraq fəaliyyətinə xitam verilə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaş: