21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) Avropa çempionatının seçmə mərhələ oyunlarının stadionları müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, yığmamızın martdakı qarşılaşmaları “Azərsun Arena”da baş tutacaq. Komandamız İngiltərə və Ukrayna ilə məhz “Qarabağ”ın stadionunda qarşılaşacaq.
Xatırladaq ki, U-21 yığmamız İngiltərə ilə martın 22-də, Ukrayna ilə həmin ayın 26-da üz-üzə gələcək. Matçların başlama saatı hələlik bəlli deyil.
Azərbaycanın gənclərdən ibarət yığma komandası AÇ-2025-in seçmə mərhələsində F qrupunda yer alıb. Millimiz keçirdiyi 4 oyuna cəmi 3 xal toplayıb və sonuncu – 6-cı pillədə qərarlaşıb.
F qrupuna 5 oyundan maksimum nəticə ilə ayrılmış Ukrayna yığması rəhbərlik edir – 15 xal. İngiltərə yığması 12 xalla ikinci, Serbiya 9 xalla üçüncüdür. Lüksemburq və Şimali İrlandiya yığmalarının da hesabında 3 xal var.


