Oskar Kortes “Lans”ı tərk etdi – “Reyncers”ə görə

Fransanın “Lans” klubunun kolumbiyalı sağ cinah vingeri Oskar Kortes icarə müqaviləsi əsasında “Reyncers”ə keçib.

Arena.az bu barədə Şotlandiya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

İcarə müqaviləsi cari ilin may ayının sonuna qədər razılaşdırılıb.

Oskar “Milyonarios” klubunun yetirməsidir. O elə, Kolumbiya klubundan 2023-cü ilin yayında 4,5 milyon avro qarşılığında “Lans”a transfer edilib.

Cari mövsümün ilk yarısında Kortes “Lans”ın heyətində bütün yarışlarda 4 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Kortesin qənimətlər muzeyində “Milyonarios”la qazandığı Kolumbiya çempionluğu (2022/2023) və Kolumbiya Kuboku (2021/2022) var.

Oskar Kortes 2023-cü ilin iyununda Kolumbiya yığmasının heyətində debüt edib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 20 yaşlı kolumbiyalı futbolçunun transfer dəyərini 3,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: