“Bayern” Tomas Tuxelin xəstəliyi ilə bağlı açıqlama yaydı

Mətbuatda, “Bayern”in baş məşqçisi Tomas Tuxelin qrip infeksiyasına yoluxduğu və qarşıdakı oyunu buraxacağı haqda məlumat yayılıb.

Arena.az xəbər verir ki, artıq Münhen təmsilçisinin mətbuat xidməti də bununla bağlı rəsmi məlumat yayıb.

Klubun idman direktoru Kristof Froynd bu barədə açıqlama verib: “Tomas məşq prosesinə rəhbərlik edəcək. O, sağalıb. Tuxelin oyunda olacağına əminik”.

Xatırladaq ki, Bundesliqanın 20-ci turu çərçivəsində “Bayern” evdə Mönhenqladbax “Borussiya”sını qəbul edəcək. Bu gün keçiriləcək oyuna Bakı vaxtı ilə saat 18:30-da start veriləcək.

Hazırda münhenlilər Bundesliqanın turnir cədvəlində 47 xalla 2-ci pillədə qərarlaşıblar. Bundesliqaya 49 xalla Leverkuzen “Bayer”i başçılıq edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: