“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov “Bayer”ə keçidinin səhv olmadığını düşünür və Almaniyaya köçü karyerasında pis dövr hesab edir.
Arena.az məlumat verir ki, Lunyov bu barədə “Çempionat” dərgisinin müxbiri Oleq Lısenkoya müsahibəsində söhbət açıb:
“Bayer”ə keçməyi heç vaxt səhv kimi qəbul etməmişəm. Sadəcə iddialarımı və məqsədlərimi həyata keçirmək baxımından çox uğurlu mərhələ deyildi. Amma mən bunu səhv adlandıra bilmərəm.
Noyabr-dekabr aylarında klubda söhbət oldu: onlar məni saxlamaq istəyirdilər. Amma başa düşürdüm ki, ümumi vəziyyət dəyişməyəcək. Sonra isə gələcək perspektivləri tamamilə dumanlı edən bir zədə baş verdi. Ona görə də mən qalmağı düşünmürdüm. Oynamaq istədim və özüm üçün qərar verdim”, deyə Lunyov xatırlayıb.
Andrey Lunyov sabiq komandasının uğurları haqqında da danışıb:
“Mən çoxlu oyunlara baxmışam və deyə bilərəm ki, hazırda onların yanında heç kim yoxdur. Hətta “Bayen” son oyun əsasında, məhz oyunu baxımından çox uzaqdadır. Onların çempion olmasına yalnız möcüzə mane ola bilər.
Mənim gedişimdən sonra deyəsən, onlara rəng qatıb, keyfiyyət də artırmış üç oyunçu artıb. Əlbəttə ki, oyun üslubi cəhətdən dəyişib, bu isə nəticələr verir. Komanda 30-dan çox oyundur ki, məğlubiyyətsiz irəliləyir. Bu baxımdan təəccüblü heç nə görmürəm, uşaqlar əlaçıdırlar”, deyə Lunyov sabiq komandasının uğurlarından razılıqla danışıb.
Rusiyalı qapıçı həmçinin “Bayer”in uğurlarının memarı olan ispan mütəxəssis, komandanın baş məşqçisi Xabi Alonso haqda da fikirlərini paylaşıb:
“Alonso çox qalibiyyətlər qazanmış birinci dərəcəli futbolçu idi. Onun tələblərini başa düşmək asandır. Orada heç bir yüksək fikirlər yoxdur, amma icra keyfiyyəti və tələblər öz nəticəsini verir. Yenə də seçim xidmətinin məşqçilər qərargahı ilə birgə işi belə uğurlara gətirib çıxarır. Təəccüblüsü yoxdur. Təcrübə göstərdiyi kimi, yaxşı oyunçular çox vaxt sonradan böyük məşqçiyə çevrilirlər. Məsələn, Zidan “Real”la üç Çempionlar Liqasının qalibi olub. Bu, keyfiyyət haqqında deyir. Böyük oyunçu böyük məşqçi oldu və tarixə düşdü. Alonso da eynilə. Mən burada təəccüblü heç nə görmürəm”, deyə Lunyov bildirib.


