Tomas Tuxel “Union Berlin” üzərində darmadağını şərh etdi

“Bayern”in baş məşqçisi Tomas Tuxel Bundesliqanın 30-cu turunda “Union Berlin” üzərində 5:1 hesablı səfər qələbəsini şərh edib.

Arena.az “Bayern”in mətbuat xidmətinə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz xoşbəxtik. Üç qələbə ilə mükəmməl bir həftənin mükəmməl sonu oldu. Siz bunu təbii qəbul edə bilməzsiniz. Komandaya təriflərimi bildirirəm. Çətin oyun olduğu üçün komanda oyunu idi.
“Union Berlin” iki hücumçu və iki “10 nömrə” ilə oynayırdı ki, bu da müdafiəçilərimizdən çox iş tələb edirdi. Düzgün məqamlarda qollar vurduq. Çox yaxşı ifa idi. Biz özümüzə ən yüksək tələbləri qoyuruq və harada oluruqsa olaq, qalib gəlmək istəyirik”, deyə Tomas Tuxel vurğulayıb.

Xatırladaq ki, Bundesliqanın ötən, 29-ci turunda “Bayern” evdə “Köln” üzərində 2:0 hesablı qələbə qazanıb. Ardınca isə Çempionlar Liqasının 1/4 finalının cavab oyununda münhenlilər “Arsenal” üzərində Münhendə 1:0 hesablı qələbə qazanaraq (ilk oyun: 2:2), yarışın yarımfinalına adlayıblar. Son həftə ərzində Almaniya nəhənginin tədricən oyun nizamına düşdüyü sezilir.

30 oyundan sonra “Bayern” Bundesliqanın yarış cədvəlində 66 xalla 2-ci pillədə qərarlaşıb. Bunseliqaya 29 oyundan 79 xal toplamış, cari mövsüm çempionluğunu artıq təmin etmiş Leverkuzen “Bayer”i başçılıq edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: