“Barselona” “Neqreyra işi”ndən üzüağ çıxdı – Rəsmi qərar

“Barselona”nın mətbuat xidməti “Neqreyra işi” ilə bağlı Kataloniya klubuna qarşı ittihamların ləğvi haqda bəyanatla çıxış edib.

Arena.az xatırladır ki, daha əvvəl mətbuatda, məhkəmənin Kataloniya klubunun xeyrinə qərar çıxardığı haqda məlumat yayılmışdı.

“Klubumuz Barselona məhkəməsinin bu gün çıxardığı qərardan məmnunluğunu ifadə edir. Bu, klubun müdafiə etdiyi yanaşmanı təsdiqləyir və rüşvətxorluq cinayəti ilə bağlı iddia edilən fərziyyəni rədd edir. Biz əminik ki, məhkəmə yolu ilə nəhayət, şikayət predmeti olan faktlara aydınlıq gətirmək və klubun mütləq təqsirsizliyini sübut etmək mümkündür”.

Xatırladaq ki, məhkəmə Kataloniya klubunun İspaniya Kral Futbol Federasiyası (RFEF) Hakimlərin Texniki Komitəsinin (CTA) keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya 2001-2018-ci illər aralığında 7,5 milyon avro məbləğdən artıq pul ödəməsi haqda iddianı araşdıraraq müvafiq qərar çıxarıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: