Azərbaycan Premyer Liqasında mübarizə aparan “Araz-Naxçıvan” klubu baş məşqçisi Elmar Baxşıyev ilə müqavilə müddətini uzadıb.
Arena.az bu barədə Naxçıvan klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Tərəflər arasındakı yeni anlaşma 1 illikdir. Mütəxəssis 2024/2025 mövsümündə də “qırmızı-ağlar”ı çalışdıracaq.
Qeyd edək ki, 2023/2024 mövsümünün son 7 turunda “Araz-Naxçıvan”ın baş məşqçisi postunda məhz Elmar Baxşıyev çalışıb. O, bu ilin aprelindən rəhbərlik etdiyi Naxçıvan təmsilçisi ilə cəmi 1 qələbə qazanıb, 1 heç-heçə edib və 5 məğlubiyyətə üzülüb.
Baxşıyev “Araz-Naxçıvan”dan sonra “Qəbələ”də çalışıb. O, əyalət klubunda əvvəlcə köməkçi, daha sonra baş məşqçi kimi fəaliyyət göstərib.
“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünü 36 xalla 10 iştirakçı arasında 8-ci pillədə başa vurub.


