21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) Slovakiya və Bolqarıstanla keçirəcəyi yoxlama oyunları üçün heyəti açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Baş məşqçi Samir Əliyev qarşıdakı oyunlar üçünü milliyə 25 futbolçu dəvət edib.
“Qarabağ”ln futbolçuları Azərbaycan Kubokunun final oyunundan sonra, iyunun 3-də kollektivə qoşulacaqlar.
Qeyd edək ki, U-21 yığmamız iyunun 1-də təlim-məşq toplanışına başlayacaq. Milli komandamız ayın 5-də Bratislavaya səfər edəcək və Slovakiya ilə görüşdən bir gün sonra geri dönəcək.
Azərbaycan millisi iyunun 7-də Bratislavada Slovakiya, 11-də isə Bakıda Bolqarıstan yığması ilə üz-üzə gələcək. Slovakiya – Azərbaycan matçı Senec Məşq Mərkəzində, Bakı vaxtı ilə saat 20:30-da, Azərbaycan – Bolqarıstan qarşılaşması isə “Dalğa Arena”da, saat 20:00-da başlayacaq.
Milliyə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
- Amin Ramazanov – Qarabağ
- Xəyal Fərzullayev – Sumqayıt
- Yusif İmanov – Sabah
- Süleyman Damadayev – Şamaxı
- İbrahim Ramazanov – Qəbələ
- Seymur Məmmədov – Sabah
- Cəlal Hüseynov – Arda (Bolqarıstan)
- Eşqin Əhmədov – Qəbələ
- Abdulla Rzayev – Araz-Naxçıvan
- Rüfət Əhmədov – Kəpəz
- Rüfət Abbasov – Neftçi
- Mirəli Əhmədov – Araz-Naxçıvan
- Mahir Həsənov – Kəpəz
- Qurban Səfərov – Şamaxı
- Samir Məhərrəmli – Şamaxı
- Elcan Əbilov – Neftçi
- Ramin Nəsirli – Araz-Naxçıvan
- Xəyal Əliyev – Sabah
- Murad Vəliyev – Nomme Yunayted (Estoniya)
- Fərid Yusifli – Turan Tovuz
- Şahin Şahniyarov – Qəbələ
- Zeynəddin Abdurahmanov – Səbail
- Samir Abdullayev – Səbail
- Ağadadaş Salyanski – Neftçi
- Nəriman Axundzadə – Qarabağ


