Andrey Lunyov “Qarabağ”a lazım olmadı – Rəsmi

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” Rusiya milli komandasının da üzvü olan qapıçısı Andrey Lunyov ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, 33 yaşlı rusiyalı qolkiperlə başa çatan müqavilənin müddəti uzadılmayıb.

2023-cü ilin yayından “Qarabağ”da çıxış edən Lunyov bu müddətdə 34 matça çıxıb. O, Premyer Liqada 19, kubokda 5, avrokuboklarda 10 oyun keçirib. Andrey “Qarabağ”la Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub.

“Qarabağ” Futbol Klubu Lunyova göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, 2023-cü ilin yayında Almaniyanın “Bayer” klubundan “Qarabağ”a keçən Andrey Lunyovun Ağdam təmsilçisi ilə müqaviləsinin müddəti bu ilin iyununa qədər idi. Rusiyalı qolkiper daha öncə “Zenit”, “Kaluqa”, “Ufa”, “Torpedo” (Moskva), “İstra”, “Saturn” və “Bayer”də forma geyinib. O, Rusiya milli komandasında da 7 oyuna çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: