Camal Musiala “Bayern”lə yeni müqavilə barədə sualı cavabladı

“Bayern”in və Almaniya yığmasının yarımmüdafiəçisi Camal Musiala Münhen klubu ilə yeni müqaviləsi haqda hələ qərar vermədiyini bildirib.

Arena.az Musialanın bu barədə cavabını təqdim edir:

“Məşqçinin buna münasibəti mənim üçün önəmlidir. İstəyirəm ki, yaxşı, maraqlı futbol oynayaq və komanda şəklində UEFA Çempionlar Liqasında qələbə üçün mübarizə aparaq. Bu yolla öz keyfiyyətlərimi göstərə biləcəyimə ümid edirəm”, deyə Musiala vurğulayıb.

Xatırladaq ki, “Sauthempton” və “Çelsi”nin futbol akademiyalarından da keçmiş Camal Musiala 2019-cu ilin yayından “Bayern”dədir. Onun Almaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

2023/2024 mövsümündə Musiala “Bayern”in heyətində 38 oyun keçirib. O, bu oyunlarda 12 qol vurub və 8 məhsuldar ötürmə verib. Musiala 2023/2024 mövsümündə münhenlilərlə Bundesliqanın qalibi olub. Musialanın “Bayern” karyerası bütövlükdə 163 oyun, 43 qol və 31 məhsuldar ötürmədən ibarətdir.

Camal Musiala 2021-ci ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 29 oyun keçirib. O, bu oyunlarda 2 qol vurub, 5 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 21 yaşlı Camal Musialanı 120 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: