Fərid Namazov – “İmişli”nin yeni baş məşqçisi

Fərid Namazov futbol üzrə Azərbaycan Birinci Liqasında mübarizə aparan “İmişli” komandasının yeni baş məşqçisi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə “İmişli” klubunun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Fərid Namazov karyerası ərzində “Səbail” və “Qarabağ”da məşqçi kimi çalışıb. O, son olaraq Azərbaycanın U-19 milli komandasında məşqçi kimi, eyni zamanda AFFA və UEFA-nın lisenziya kurslarında təlimatçı kimi çalışıb. “İmişli” Namazovun baş məşqçi kimi ilk sınağı olacaq.

Xatırladaq ki, “İmişli” bir müddət öncə baş məşqçisi Əsgər Abdullayevlə yollarını ayırmışdı. O, ötən mövsümün əvvəlindən – 2023-cü ilin sentyabr ayından “İmişli”yə rəhbərlik edirdi. 64 yaşlı mütəxəssis daha öncə “Neftçi”, “Turan Tovuz”, AZAL-da, həmçinin Azərbaycan milli komandasında da baş məşqçi kimi çalışıb.

“İmişli” Azərbaycan Birinci Liqasının 2023/2024 mövsümündə 47 xalla 4-cü yeri tutub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: