21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) Lüksemburq yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, U-21 millimiz Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsi çərçivəsində Lüksemburq yığması ilə qarşılaşacaq. F qrupunun oyunu sentyabrın 6-da Lüksemburqun Eş-Sur-Alzett şəhərində yerləşən “Emil Mayriş” stadionunda baş tutacaq. Matçın başlama saatı hələlik məlum deyil.


