21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) Serbiya yığması ilə keçirəcəyi ev oyununun yeri müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, U-21 millimizin F qrupu çərçivəsində sentyabrın 10-da təşkil olunacaq görüşü “Dalğa Arena”da baş tutacaq.
Matçın başlama saatı ilə bağlı daha sonra məlumat veriləcək.
Qeyd edək ki, Azərbaycan millisi serblərlə matçdan öncə sentyabrın 6-da Eş-Sur-Alzett şəhərində yerləşən “Emil Mayriş” stadionunda Lüksemburq yığması ilə qarşılaşacaq.


