Harri Keyn: “İngiltərə millisi ilə inanılmaz dərəcədə fəxr edirəm”

İngiltərə yığmasının və “Bayern”in mərkəz hücumçusu Harri Keyn “üç şir”in Almaniyada keçirilən AÇ-2024-dəki çıxışını şərh edib.

Arena.az “The Sun” dərgisinə istinadən, ingilis ulduz futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Daha bir oyun qalıb. Nə inanılmaz bir oyun, nə bir inanılmaz nailiyyət – biz yenidən finaldayıq! Bu, hazırkı İngiltərə yığması üçün ölkəmizdən kənarda ilk finaldır.

Yarımfinal oyunu xüsusi idi, bu, xüsusi bir gecə idi. Mən bu işdə iştirak edən hər kəslə inanılmaz dərəcədə qürur duyuram. Bütün İngiltərə komandası – oyunçular və məşqçilər heyəti ilə. Finala gedən yol çox çətin idi, amma qarşıda hələ bir oyun var.

Dəstəyiniz üçün hər kəsə təşəkkür edirəm, bu, komandamız üçün çox böyük məna kəsb edir. Daha bir oyun qalıb, gəlin, bunu birlikdə edək”, deyə Harri Keyn ingilis futbolsevərlərə səslnib.

Xatırladaq ki, iyulun 10-da İngiltərə millisi AÇ-2024-ün yarımfinalında Niderland yığması üzərində 2:1 hesablı əzmkar qələbə qazanaraq, mötəbər yarışın finalına yüksəlib.

İngiltərə yığması iyulun 14-də AÇ-2024-ün final oyunu çərçivəsində Berlinin “Olimpiaştadion”unda İspaniya millisi ilə qarşılaşacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: