Harri Keyn AÇ-2024-ün finalındakı məğlubiyyətini şərh etdi

İngiltərə yığmasının mərkəz hücumçusu Harri Keyn “üç şir”in AÇ-2024-ün finalındakı məğlubiyyəti haqda fikirlərini ifadə edib.

Arena.az xatırladır ki, İngiltərə millisi iyulun 14-də AÇ-2024-ün İspaniya yığmasına qarşı keçirilmiş final oyununda 1:2 hesabı ilə məğlub olaraq, çempionluğu əldən verib:

“Finalda məğlub olmaq baş verə biləcək ən çətin məqamdır. Mən düşünürəm ki, biz oyuna qayıtmaq və hesabı 1:1 etmək üçün həqiqətən yaxşı iş gördük. Biz bu nəbzi təpki göstərmək və topu saxlamaq üçün tam istifadə edə bilmədik. Oyunun sonlarına yaxın buna görə cəzalandıq. Bu, futbol oyununda ola biləcək qədər ağrılıdır. Eyni tezliyi və təzyiqi saxlaya bilmədik. Topu kifayət qədər yaxşı saxlaya bilmədik. Bu, yarışın son mərhələsi idi, çoxlu yorğun ayaqlar və yorğun zehniyyət vardı”, – “Daily Express”ə dərgisi Keyndən sitat gətirir.

Beləliklə, Harri Keyn futbolçu karyerası ərzində 6-cı dəfə finalda məğlubiyyət acısı yaşayıb. Vurğuğulayaq ki, komandalarının “qol ayağı” olan ingilis hücumçu futbolçu karyerası ərzində komanda səviyyəsində bircə qənimət belə, qazana bilməyib.

Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu “Bayern”ə 2023-cü ilin avqustunda 100 milyon avro müqabilində elə, “Tottenhem”dən keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Keyn Almaniya nəhənginin heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 44 qol vurub, 12 məhsuldar ötürmə verib.

Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 97 oyun keçirib, 66 qol vurub, 19 məhsuldar ötürmə verib.

İngilis hücumçu 2023/2024-cü illər mövsümü Almaniya Bundesliqasının 36 qolla (32 oyun) ən sərrast futbolçusu olub. Keyn 2024-cü il “Qızıl buts” mükafatına əsas namizəddir.

“Transfermarkt” internet-portalı 30 yaşlı ingilis hücumçunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: