“Bayern”in fəxri prezidenti Ulrix “Uli” Höness Münhen klubunun yay transfer tədbirlərini tənqidlə qarşılayıb.
Arena.az bu barədə Almaniyanın nüfuzlu “Bild” dərgisinə istinadən məlumat verir.
Hönesin tənqidi “Bayern”in 23,5 milyon avro məbləğə “Ştutqart”dan yapon mərkəz müdafiəçisi Hiroki İto və hər birinin trasnsferi təxminən 50 milyon avro məbləğə başa gəlmiş – “Kristal Pelas”dan ingilis vinger Maykl Olise və “Fulhem”dən portuqal dayaq yarımmüdafiəçisi Juan Palinyanın keçidlərinə aiddir:
“Tezliklə biz oyunlara “qarmon” avtobusda gedəcəyik*”, deyə Uli Höness eyhamla vurğulayıb.
Qeyd edək ki, Hönessin tənqidi eyhamı “Bayern” heyətində futbolçuların çoxluğuna, özü də eyni mövqedə oynayan futbolçuların artıqlığına işarədir. “Qarmon” avtobus – gövdələri xüsusu birləşdirici mexanizmlə bir-birinə birləşdirilmiş və bununla sərnişindaşıma qabiliyyəti artırılmış avtobusdur. Höness bununla kinayəli eyhamını ustalıqla bildirib.


