Argentinada iki azarkeş həmyerlisi və “Benfika”nın hücumçusu Anxel Di Mariyaya ölüm təhdidləri etməkdə şübhəli bilinərək saxlanılıb.
Arena.az bu barədə “Sport.es” dərgisinə istinadən məlumat verir.
Xatırladaq ki, Di Mariya cari ilin mart ayında karyerasını məzunu olduğu “Rosario Sentral”da bitirmək istədiyini bildirdikdən sonra təhdidlər almışdı.
İyulun 25-də, əvvəllər saxlanılmış digər şəxslər tərəfindən Di Mariyanı hədələyən qeydlərin ötürülməsini təşkil etmiş iki azarkeş – Lexandro Fikkadenti və Serxio Di Vanni həbs edilib.
Daha əvvəl Di Mariyanın “Benfika” ilə müqaviləsinin müddətini uzatmaq qərarına gəldiyi bildirilirdi.
Mənbə “Rosario Sentral”ın prezidentinin sözlərini sitat gətirir:
“Di Mariya mənə kluba qayıtmamaq qərarını bildirdi, çünki o, özü və ailəsi üçün təhlükəsizlik təminatlarının olduğunu hiss etmir”, deyə klub prezidenti vurğulayıb.
Hazırda hüquq-mühafiəzə orqanları bu məsələni araşdırırlar.


