Harri Keyn: “Bu, çətin on dəqiqə idi”

“Bayern”in ingilis hücumçusu Harri Keyn yeni baş məşqçi Vensan Kompaninin rəhbərliyi altında oyununun necə dəyişəcəyindən danışıb.

Arena.az “Bayern & Germany” dərgisinə istinadən, ingilis futbolçunun bu barədə fikrini təqdim edir:

“Kompaninin rəhbərliyi altında daha çox təpki göstərməliyəmmi? Bəli, əlbəttə. Mən cəmi bir dəfə məşq etmişəm və on dəqiqə oynamışam və bu, çətin on dəqiqə idi.

Amma bu tezliyi bəyənirəm, topu mümkün qədər tez geri qaytarmağa çalışmağı xoşlayıram. Fikirləri həqiqətən başa düşmək və həyata keçirmək üçün bu, elə həmin hazırlıqdır”, deyə Harri Keyn bildirib.

Xatırladaq ki, cari ilin may ayının sonunda “Bayern” 38 yaşlı belçikalı mütəxəssis Vensan Kompani ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Almaniya nəhəngi Kompaninin qarşısında “Bayern”i düşdüyü bərbad vəziyyət qurtarmaq, qənimətlər uğrunda əvvəlki tək mübarizə aparan iddialı kollektivə çevirmək tapşırığı qoyulub.

“Bayern” geridə qalmış 2023/2024-cü illər mövsümündə böyük potensialına rəğmən, gözlənilənlərin əksinə olaraq, çıxış etdiyi bütün yarışlarda uğurzuluğa düçar olub və mövsümü qənimətsiz başa vurub. Məhz bu səbəbdən və uğurlara nail olmaq məqsədilə “Bayern” rəhbərliyi komandanı çalışdırmaq istiqamətində Kompaniyə geniş fəaliyyət azadlığı verib.

Xəbəri sosial şəbəkələrdə paylaş: