Harri Keyn karyerasında ən sevimli qolunu açıqladı

“Bayern”in və İngiltərə yığmasının mərkəz hücumçusu Harri Keyn karyerasında ən sevimli qolu haqqdında söhbət açıb.

Arena.az “Bayern & Germany” dərgisinə istinadən, ingilis futbolçunun bu barədə söhbətini təqdim edir:

“Mənim sevimli qolum “Bayern”də “Verder”ə vurduğum ilk qoldur. Fonzi topu mənə ötürdü, mən də qol vurdum. Bu, Bundesliqada ilk oyunum idi və buna görə də bu, mənim üçün xüsusi məqam idi. “Darmştadt”a qarşı meydanın mərkəzindən vurduğum qolu da həmişə xatırlayacağam”, deyə Keyn bildirib.

Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu “Bayern”ə 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə, “Tottenhem”dən keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Keyn Almaniya nəhənginin heyətində bütün yarışlarda 46 oyuna çıxıb, 45 qol vurub, 12 məhsuldar ötürmə verib.

İngilis hücumçu Almaniya Bundesliqasının 2023/2024-cü illər mövsümündə 36 qolla (32 oyun) ən sərrast futbolçu olub. Keyn 2024-cü ilin “Qızıl buts” mükafatına əsas namizəddir, daha doğrusu nəticə etibarlı ilə ingilis hücumçu bu mükafatı qazanıb, yalnız rəsmən təqdimatını gözləyir.

Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 98 oyun keçirib, 66 qol vurub, 19 məhsuldar ötürmə verib.

Vurğulayaq ki, Harri Keyn böyük futbol karyerası ərzində komandaları ilə bir qənimət belə, qazanmayıb.

“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: