“Bayern”in ingilis mərkəz hücumçusu Harri Keynə ötən mövsüm Avropa futbolunun ən sərrast futbolçusu olduğu üçün “Qızıl buts” təqdim edilib.
Arena.az xatırladır ki, Keyn 2023/2024-cü illər mövsümü Almaniya Bundesliqasında 36 qol vuraraq, qitədə bütün rəqiblərini geridə qoymuşdu.
Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu “Bayern”ə 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə, “Tottenhem”dən keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Keyn Almaniya nəhənginin heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 45 qol vurub, 14 məhsuldar ötürmə verib.
Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 98 oyun keçirib, 66 qol vurub, 19 məhsuldar ötürmə verib.
Vurğulayaq ki, Harri Keyn böyük futbol karyerası ərzində komandaları ilə bir qənimət belə, qazanmayıb.
“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.


