Tomas Tuxel İngiltərə yığmasında nə qədər qazanacaq?

Xəbər verdiyimiz kimi, almaniyalı futbol mütəxəssisi Tomas Tuxel bu gün İngiltərə yığma komandasına baş məşqçi təyin edilib.

Arena.az xəbər verir ki, artıq 51 yaşlı mütəxəssisin yeni işindəki qazancı da müəyyənləşib.

Britaniya mətbuatındakı son məlumata görə, İngiltərə yığmasını çalışdırmağa razılıq vermiş alman mütəxəssis bu vəzifədə ilinə 4,5 milyon funt-sterlinq (5,4 milyon avro) məbləğdən 5 milyon funt-sterlinq (6 milyon avro) məbləğə qədər qazanc əldə edəcək.

Tuxel çərşənbə günü, oktyabrın 16-da keçiriləcək mətbuat konfransında İngiltərə yığmasının baş məşqçisi kimi təqdim ediləcək. O, vəzifəsinin icrasına isə 2025-ci ildən başlayacaq.

Xatırladaq ki, alman mütəxəssislə müqavilənin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.

Tomas Tuxeliin son iş yeri 2024-cü ilin may ayında tərk etdiyi “Bayern” olub. Daha əvvəl Tuxel “Çelsi”, PSJ, Dortmund “Borussiya”sı, “Maynts” və “Auqsburq”un ikinci komandasını çalışdırıb.

Hazırda İngiltərə yığmasının sükanı irland mütəxəssis Li Karslinin əlindədir. Karsli müvəqqəti olaraq baş məşqçi vəzifəsini icra edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: