Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 16-cı turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Empoli” doğma meydanda “Torino” ilə qarşılaşıb. Oyunun taleyini bir qol həll edib. Turin təmsilçisi səfərdən qələbə ilə qayıdıb.
16-cı turun qalan görüşləri 14-16 dekabr aralığında keçiriləcək.
İtaliya, A Seriyası
16-cı tur
13 dekabr
Empoli – Torino 0:1
Qol: Çe Adams, 70.
14 dekabr
18:00. Kalyari – Atalanta
21:00. Udineze – Napoli
23:45. Yuventus – Venesiya
15 dekabr
15:30. Leççe – Montsa
18:00. Bolonya – Fiorentina
18:00. Parma – Verona
21:00. Komo – Roma
23:45. Milan – Cenoa
16 dekabr
23:45. Latsio – İnter


