A Seriyası: “Fiorentina” mövsümü qələbə ilə başa vurdu

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2022/2023 mövsümünün sonuncu – 38-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Son turun ilk matçında “Sassuolo” doğma meydanda “Fiorentina” ilə üz-üzə gəlib.

Dörd qolun qeydə alındığı bu oyun Florensiya təmsilçisinin qələbəsiylə yekunlaşıb. Beləcə, “Fiorentina” mövsümü qələbə ilə başa vurub.

Qapanış turunun qalan oyunları 3 və 4 iyunda keçiriləcək.

İtaliya A Seriyası
38-ci tur
2 iyun

Sassuolo – Fiorentina 1:3
Qol: Berardi, 71-pen – Kabral, 46. Saponara, 79. N.Qonsales, 83.

3 iyun

20:30. Torino – İnter
23:00. Kremoneze – Salernitana
23:00. Empoli – Latsio

4 iyun

20:30. Napoli – Sampdoriya
23:00. Milan – Verona
23:00. Roma – Spetsiya
23:00. Atalanta – Montsa
23:00. Leççe – Bolonya
23:00. Udineze – Yuventus