A Seriyası: “Fiorentina” və “Napoli”dən məhsuldar heç-heçə

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 37-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Fiorentina” doğma meydanda “Napoli” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

37-ci turun qalan görüşləri qarşıdakı günlərdə baş tutacaq.

İtaliya, A Seriyası
37-ci tur
17 may

Fiorentina – Napoli 2:2
Qollar: Biraqi, 40. Nzola, 42 – Rahmani, 8. Kvaratsxeliya, 57.

18 may

20:00. Leççe – Atalanta
22:45. Torino – Milan

19 may

14:30. Sassuolo – Kalyari
17:00. Montsa – Frozinone
17:00. Udineze – Empoli
20:00. İnter – Latsio
22:45. Roma – Cenoa

20 may

20:30. Salernitana – Verona
22:45. Bolonya – Yuventus