A Seriyası: “İnter” “Cenoa”ya da qalib gəldi, xal fərqini artırdı

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 27-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında lider “İnter” “Cenoa” ilə qarşılaşıb. Milan təmsilçisi doğma meydanda çətin qələbəyə sevinib.

Bu qələbədən sonra xalını 72-yə çatdıran “İnter” izləyicilərindən daha da uzaqlaşıb. “Yuventus” 57 xalla 2-ci, “Milan” 56 xalla 3-cü pillədə qərarlaşıb. “Bolonya” 51, “Roma” 47, “Atalanta” 46, “Napoli” 43, “Fiorentina” 42, “Latsio” 40, “Torino” 37, “Montsa” 36, “Cenoa” 33, “Leççe” və “Empoli” 25, “Udineze” və “Frozinone” 24, “Verona” və “Kalyari” 23, “Sassuolo” 20, “Salernitana” isə 14 xal toplayıb.

İtaliya, A Seriyası
27-ci tur
1 mart

Latsio – Milan 0:1
Qol: Okafor, 88.

2 mart

Udineze – Salernitana 1:1
Qollar: Kamara, 45+3 – Tçauna, 10.

Montsa – Roma 1:4
Qollar: Karboni, 87 – Pelleqrini, 38. Lukaku, 42. Dibala, 63. Pardes, 82.

Torino – Fiorentina 0:0

3 mart

Verona – Sassuolo 1:0
Qol: Sviderski, 79.

Empoli – Kalyari 0:1
Qol: Yankto, 69.

Frozinone – Leççe 1:1
Qollar: Şeddira, 45+2 – Çerofolini, 62-öz qapısına.

Atalanta – Bolonya 1:2
Qollar: Lukman, 28 – Zirkze, 57. Ferquson, 61.

Napoli – Yuventus 2:1
Qollar: Kvaratsxeliya, 42. Raspadori, 88 – Kyeza, 81.

4 mart

İnter – Cenoa 2:1
Qollar: Asllani, 30. A.Sançes, 38-pen – Vaskes, 54.