Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 28-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Kremoneze” – “Atalanta” matçında qonaqlar inamlı qələbəyə seviniblər.
“İnter” doğma meydanda “Fiorentina” ilə qarşılaşıb. Milan təmsilçisi bu matçda gözlənilməz məğlubiyyətə üzülüb.
“Yuventus” isə evdə “Verona” ilə qarşılaşıb və tək qolla 3 xala sevinib.
Turun qalan görüşləri qarşıdakı iki gündə keçiriləcək.
İtaliya A Seriyası
28-ci tur
1 aprel
Kremoneze – Atalanta 1:3
Qol: Çiofani, 56-pen – De Run, 44. Boqa, 72. Lukman, 90+3.
İnter – Fiorentina 0:1
Qol: Bonaventura, 53.
Yuventus – Verona 1:0
Qol: M.Kin, 56.
2 aprel
14:30. Bolonya – Udineze
17:00. Montsa – Latsio
17:00. Spetsiya – Salernitana
20:00. Roma – Sampdoriya
22:45. Napoli – Milan
3 aprel
20:30. Empoli – Leççe
22:45. Sassuolo – Torino


