A Seriyası: “İnter” “Milan”a qalib gəldi, çempionluğu təmin etdi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 33-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Günün ilk matçı paytaxt Romada keçirilib. Burada şəhərin eyniadlı komandası “Bolonya”nı qəbul edib. Dörd qolun qeydə alındığı oyun “Roma”nın məğlubiyyəti ilə başa çatıb.

Turun son matçında isə iki Milan təmsilçisi üz-üzə gəlib. “Milan”a qalib gələcəyi halda lider “İnter” vaxtından öncə çempionluğu bayram edəcəkdi. Üç qolun qeydə alındığı qarşılaşma məhz “İnter”in qələbəsiylə yekunlaşıb və Simone İnzaqinin komandası mövsümün sonuna 5 tur qalmış çempionluğu təmin edib. Bu, sözügedən klubun tarixində 20-ci İtaliya çempionluğudur.

Qeyd edək ki, 33 turdan sonra “İnter” 86 xalla vahid liderdir və qalan oyunlarında məğlub olsa belə, zirvəni əldən verməyəcək. “Milan” 69 xalla 2-ci sırada qalıb. İlk üçlüyü 64 xalı olan “Yuventus” qapayır. “Bolonya” 62 xalla 4-cü, “Roma” 55 xalla 5-ci, “Atalanta” 54 xalla 6-cı, “Latsio” 52 xalla 7-cidir.

İtaliya, A Seriyası
33-cü tur
19 aprel

Cenoa – Latso 0:1
Qol: Luis Alberto, 67.

Kalyari – Yuventus 2:2
Qollar: Qaetano, 30-pen. Mina, 36-pen – Vlahoviç, 61. Dossena, 87-öz qapısına.

20 aprel

Empoli – Napoli 1:0
Qol: Çerri, 4.

Verona – Udineze 1:0
Qol: Koppola, 90+3.

21 aprel

Sassuolo – Leççe 0:3
Qollar: Gendrey, 11. Dorqu, 15. Pikkoli, 61.

Torino – Frozinone 0:0

Salernitana – Fiorentina 0:2
Qollar: Kuame, 80. İkone, 90+5.

Montsa – Atalanta 1:2
Qollar: Maldini, 89 – De Ketelare, 44. Ture, 72.

22 aprel

Roma – Bolonya 1:3
Qollar: S.Əzmun, 56 – Əl-Azzuzi, 14. Zirkze, 45. Salemakers, 65.

Milan – İnter 1:2
Qollar: Tomori, 80 – Açerbi, 18. Türam, 49.