A Seriyası: “İnter” “Napoli” ilə ev oyununda xal itirdi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 29-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma nəzərdə tutulsa da, onlardan biri baş tutmayıb.

Belə ki, “Atalanta” – “Fiorentina” matçı təxirə salınıb. Buna Florensiya klubunun prezidenti Joe Baronenin oyundan bir neçə saat öncə səhhətindəki problemlə əlaqədar xəstəxanaya yerləşdirilməsi səbəb olub.

Baş tutan qarşılaşmalara gəlincə, “Yuventus” “Cenoa” ilə ev oyunundan qolsuz heç-heçə ilə ayrılıb.

Lider “İnter” də son çempion “Napoli” ilə oyunda 1 xalla kifayətlənib.

“Roma” doğma meydanda “Sassuolo”nu, “Milan” isə səfərdə “Verona”nı məğlub edib.

Beləliklə, 29 turdan sonra 76 xala malik “İnter” vahid liderdir. “Milan” 62 xalla 2-ci, “Yuventus” 59 xalla 3-cü pillədə qərarlaşıb. “Bolonya”nın 54, “Roma”nın 51, “Atalanta”nın 47, “Napoli”nin 45, “Fiorentina” və “Latsio”nun 43, “Montsa”nın 42, “Torino”nun 41 xalı var.

İtaliya, A Seriyası
29-cu tur
15 mart

Empoli – Bolonya 0:1
Qol: Fabbian, 90+4.

16 mart

Montsa – Kalyari 1:0
Qol: Maldini, 41.

Udineze – Torino 0:2
Qollar: Sapata, 10. Vlaşiç, 53.

Salernitana – Leççe 0:1
Qol: Qyomber, 17-öz qapısına.

Frozinone – Latsio 2:3
Qollar: Lirola, 13. Şeddira, 70 – Zakkayni, 38. Kastelyanos, 57; 62.

17 mart

Yuventus – Cenoa 0:0

Verona – Milan 1:3
Qollar: Noslin, 64 – T.Ernandes, 44. Pulişiç, 50. Çukvueze, 79.

Roma – Sassuolo 1:0
Qol: Pelleqrini, 50.

İnter – Napoli 1:1
Qollar: Darmian, 43 – Juan Jezus, 81.

Atalanta – Fiorentina matçı təxirə salınıb