A Seriyası: “İnter” səfərdə “Sampdoriya”ya qol vura bilmədi

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 22-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

“Verona” doğma meydanda “Salernitana” ilə qarşılaşıb və yeganə qol sayəsində qələbə qazanıb. Səfərdə “Sampdoriya” ilə qarşılaşan “İnter” isə xal itkisi ilə üzləşib.

Beləliklə, 22 turdan sonra 59 xala malik “Napoli” vahid liderdir. İkinci pillədəki “İnter”in 44 xalı varsa, “Atalanta”, “Roma” və “Milan” 41 xal toplayıb. “Latsio”nun 39, “Torino” və “Udineze”nin 30 xalı var. 15 xalı silinmiş “Yuventus” isə hazırda 29 xalla 9-cu sırada qərarlaşıb.

İtaliya A Seriyası
22-ci tur
10 fevral

Milan – Torino 1:0
Qol: Jiru, 62.

11 fevral

Empoli – Spetsiya 2:2
Qol: Kambyaci, 71. Vinyato, 90+4 – Verde, 25-pen; 31.

Leççe – Roma 1:1
Qol: İbanyes, 7-öz qapısına – Dibala, 17-pen.

Latsio – Atalanta 0:2
Qol: Zappakosta, 23. Hoylund, 65.

12 fevral

Udineze – Sassuolo 2:2
Qol: Udoqi, 1. Biyol, 28 – M.Henrike, 6. N.Peres, 45+2-öz qapısına.

Bolonya – Montsa 0:1
Qol: Donati, 25.

Yuventus – Fiorentina 1:0
Qol: Rabyo, 34.

Napoli – Kremoneze 3:0
Qol: Kvaratsxeliya, 22. Osimhen, 65. E.Elmas, 79.

13 fevral

Verona – Salernitana 1:0
Qol: Nqonqe, 31.

Sampdoriya – İnter 0:0