A Seriyası: “İnter” “Spetsiya”ya məğlub oldu

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 26-cı tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “İnter” səfərdə “Spetsiya” ilə qarşılaşıb. Milan təmsilçisi üç qolun qeydə alındığı bu matçdan gözlənilməz məğlubiyyətlə ayrılıb.

26-cı turun qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.

İtaliya A Seriyası
26-cı tur
10 mart

Spetsiya – İnter 2:1
Qol: D.Maldini, 55. Nzola, 87-pen – Lukaku, 83.

11 mart

18:00. Empoli – Udineze
21:00. Napoli – Atalanta
23:45. Bolonya – Latsio

12 mart

15:30. Leççe – Torino
18:00. Kremoneze – Fiorentina
18:00. Verona – Montsa
21:00. Roma – Sassuolo
23:45. Yuventus – Sampdoriya

13 mart

23:45. Milan – Salernitana

Xəbəri sosial şəbəkələrdə paylaş: