A Seriyası: “İnter” xal fərqini 12-yə çatdırdı

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 21-ci turundan təxirə salınmış oyunlar keçirilib.

Arena.az xəbər verir ki, fevralın 28-də iki belə qarşılaşma baş tutub.

Günün ilk oyunu “Sassuolo” ilə son çempion “Napoli” arasında keçirilib. Uğursuz mövsüm keçirməsinə baxmayaraq, Neapol təmsilçisi səfər oyununda 3 xalı 6 qol vurmaqla təmin edib.

Cari mövsümün çempionluğa əsas namizədi olan “İnter” isə “Atalanta”nı doğma meydanda böyük hesabla məğlub edib. 3 xalı 4 cavabsız qolla qazanan Milan təmsilçisi əsas izləyicisi “Yuventus”la xal fərqini 12-yə çatdırıb.

Hazırda “İnter”in 69, “Yuventus”un 57 xalı var. “Milan” 53 xalla 3-cü, “Bolonya” 48 xalla 4-cü, “Atalanta” 46 xalla 5-ci, “Roma” 44 xalla 6-cı, “Fiorentina” 41 xalla 7-cidir. “Latsio” və “Napoli” isə 40 xal toplayıblar.

İtaliya, A Seriyası
21-ci turun oyunları
28 fevral

Sassuolo – Napoli 1:6
Qollar: Raçiç, 17 – Rahmani, 29. Osimhen, 31; 41; 47. Kvaratsxeliya, 51; 75.

İnter – Atalanta 4:0
Qollar: Darmian, 26. L.Martines, 45+1. Dimarko, 54. Frattezi, 72.