Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 9-cu turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.
“Latsio” doğma meydanda “Cenoa”nı 3 cavabsız qolla məğlub edib. Səfərdə “Fiorentina” ilə qarşılaşan paytaxtın digər təmsilçisi “Roma” isə darmadağına üzülüb.
“Parma” – “Empoli” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Dörd qolluq “Montsa” – “Venesiya” oyunu da bərabərliklə yekunlaşıb.
Turun mərkəzi görüşündə son çempion “İnter”lə İtaliya nəhəngi “Yuventus” üz-üzə gəlib. 8 qolun qeydə alındığı bu görüşdə qalib müəyyənləşməyib.
Beləliklə, 9 turdan sonra 22 xala malik “Napoli” vahid liderdir. “İnter”in 18, “Yuventus”un 17, “Fiorentina”, “Atalanta”, “Latsio” və “Udineze”nin 16, “Milan” və “Torino”nun 14, “Empoli”nin 11, “Roma”nın 10 xalı var.
İtaliya, A Seriyası
9-cu tur
25 oktyabr
Udineze – Kalyari 2:0
Qollar: Lukka, 38. K.Deyvis, 78.
Torino – Komo 1:0
Qol: Njie, 75.
26 oktyabr
Napoli – Leççe 1:0
Qol: Di Lorentso, 73.
Atalanta – Verona 6:1
Qollar: De Ron, 6. Reteqi, 9; 58. De Ketelare, 14. Lukman, 29; 34 – Sarr, 42.
27 oktyabr
Parma – Empoli 1:1
Qollar: Şarpantye, 80 – Kulibali, 35-öz qapısına.
Latsio – Cenoa 3:0
Qollar: Noslin, 21. Pedro, 86. Vesino, 90+4.
Montsa – Venesiya 2:2
Qollar: Kiriakopulos, 23. Dyuriç, 44 – Ellertsson, 15. Svoboda, 39.
İnter – Yuventus 4:4
Qollar: Zelinski, 15-pen; 37-pen. Mxitaryan, 35. Dumfris, 53 – Vlahoviç, 20. Vea, 26. K.Yıldız, 71; 82.
Fiorentina – Roma 5:1
Qollar: M.Kin, 9; 41. Beltran, 17-pen. Bove, 52. Hummels, 71-öz qapısına – Kone, 39.


