A Seriyası: “İnter”dən “Kremoneze” üzərində əzmkar qələbə

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 20-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Empoli” – “Torino” matçında qalib müəyyənləşməyib. Səfərdə “Kremoneze” ilə qarşılaşan “İnter” turu əzmkar qələbə ilə başa vurub. “Atalanta” isə “Sampdoriya” ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb.

Turun qalan qarşılaşmaları 29 və 30 yanvarda keçiriləcək.

İtaliya A Seriyası
20-ci tur
27 yanvar

Bolonya – Spetsiya 2:0
Qol: Poş, 37. Orsolini, 77.

Leççe – Salernitana 1:2
Qol: Strefezza, 23 – Dia, 5. Vilyena, 20.

28 yanvar

Empoli – Torino 2:2
Qol: Luperto, 37. Marin, 69 – Riççi, 82. Sanabriya, 85.

Kremoneze – İnter 1:2
Qol: Okereke, 11 – L.Martines, 21; 65.

Atalanta – Sampdoriya 2:0
Qol: Mehle, 42. Lukman, 57.

29 yanvar

15:30. Milan – Sassuolo
18:00. Yuventus – Montsa
21:00. Latsio – Fiorentina
23:34. Napoli – Roma

30 yanvar

23:45. Udineze – Verona