A Seriyası: “İnter”dən “Verona” üzərində çətin qələbə

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 19-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.

Lider “İnter” doğma meydanda “Verona” üzərində çətin qələbəyə sevinib.

Beş qolun qeydə alındığı “Frozinone” – “Montsa” matçında qonaqlar qalib gəliblər.

“Leççe” – “Kalyari” matçında qalib müəyyənləşməyib.

Səfərdə “Sassuolo” ilə qarşılaşan “Fiorentina” isə turu xalsız başa vurub.

19-cu turun qalan oyunları bazar gününə təsadüf edəcək.

İtaliya, A Seriyası
19-cu tur
5 yanvar

Bolonya – Cenoa 1:1
Qollar: De Silvestri, 90+6 – Qudmundsson, 20.

6 yanvar

İnter – Verona 2:1
Qollar: L.Martines, 13. Frattezi, 90+3 – Henri, 74.

Frozinone – Montsa 2:3
Qollar: Harrui, 56. Sule, 76-pen – Mota, 18. Karboni, 45. Sule, 55-öz qapısına.

Leççe – Kalyari 1:1
Qollar: Jandre, 31 – Oristanio, 68.

Sassuolo – Fiorentina 1:0
Qol: Pinamonti, 9.

7 yanvar

15:30. Empoli – Milan
18:00. Torino – Napoli
18:00. Udineze – Latsio
21:00. Salernitana – Yuventus
23:45. Roma – Atalanta