Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 7-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
Son çempion “Napoli” səfərdə “Leççe” ilə qarşılaşıb. Neapol təmsilçisi bu oyunda 4 cavabsız qolla qalib gəlib.
“İnter” də “Salernitana” ilə səfər oyununda oxşar uğura imza atıb. Bu oyundakı qolların hamısını 55-ci dəqiqədə meydana buraxılan Argentina millisinin hücumçusu Lautaro Martines vurub.
“Milan” da “Latsio” ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb.
Turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.
İtaliya, A Seriyası
7-ci tur
30 sentyabr
Leççe – Napoli 0:4
Qollar: Ostiqard, 16. Osimhen, 51. Qaetano, 88. Politano, 90+4-pen.
Milan – Latsio 2:0
Qollar: Pulişiç, 60. Okafor, 88.
Salernitana – İnter 0:4
Qollar: L.Martines, 62; 77; 85-pen; 89.
1 oktyabr
14:30. Bolonya – Empoli
17:00. Udineze – Cenoa
20:00. Atalanta – Yuventus
22:45. Roma – Frozinone
2 oktyabr
20:30. Sassuolo – Montsa
20:30. Torino – Verona
22:45. Fiorentina – Kalyari