A Seriyası: “İnter”lə “Yuventus” qalib gəldi, “Milan” və “Napoli”…

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 26-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.

“Yuventus” doğma meydanda “Frozinone”ni çətinliklə məğlub edib.

Səfərdə “Leççe” ilə qarşılaşan “İnter” isə darmadağına sevinib.

“Kalyari”nin qonağı olan son çempion “Napoli” bu turu da xal itkisi ilə başa vurub. “Milan” da “Atalanta” ilə ev oyunundan heç-heçə ilə ayrılıb.

26-cı tura sabah baş tutacaq “Roma” – “Torino” və “Fiorentina” – “Latsio” oyunları ilə yekun vurulacaq.

İtaliya, A Seriyası
26-cı tur
23 fevral

Bolonya – Verona 2:0
Qollar: Fabbian, 27. Froyler, 65.

24 fevral

Sassuolo – Empoli 2:3
Qollar: Pinamonti, 54-pen. Ferrari, 7 – Luperto, 11. Nyanq, 64. Bastoni, 90+4.

Salernitana – Montsa 0:2
Qollar: Maldini, 78. Pessina, 83.

Cenoa – Udineze 2:0
Qollar: Reteqi, 36. Bani, 40.

25 fevral

Yuventus – Frozinone 3:2
Qollar: Vlahoviç, 3; 32. Ruqani, 90+5 – Şeddira, 14. Breşianini, 27.

Kalyari – Napoli 1:1
Qollar: Luvumbo, 90+6 – Osimhen, 66.

Leççe – İnter 0:4
Qollar: L.Martines, 15; 56. Frattezi, 54. De Vrey, 67.

Milan – Atalanta 1:1
Qollar: Leao, 3 – Kopmeyners, 42-pen.

26 fevral

21:30. Roma – Torino
23:45. Fiorentina – Latsio