A Seriyası: “Kalyari” ilk qələbəsini Parmada qazandı

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 6-cı turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Parma” “Kalyari”ni qəbul edib. Beş qolun qeydə alındığı oyunda qələbəni qonaqlar bayram ediblər. Bu, “Kalyari”nin cari mövsümdəki ilk qələbəsidir.

Beləliklə, 6 turdan sonra 13 xala malik “Napoli” vahid liderdir. “Yuvetnus” 12 xalla ikinci pillədə qərarlaşıbsa, “Milan”, “İnter” və “Torino”nun 11 xalı var. “Empoli”, “Latsio” və “Udineze” 10, “Roma” 9, “Komo” 8, “Fiorentina”, “Atalanta” və “Bolonya” 7, “Verona” 6, “Parma”, “Cenoa”, “Kalyari” və “Leççe” 5 xal toplayıblar.

İtaliya, A Seriyası
6-cı tur
27 sentyabr

Milan – Leççe 3:0
Qollar: Morata, 38. T.Hernandes, 41. Pulişiç, 43.

28 sentyabr

Udineze – İnter 2:3
Qollar: Kabasele, 35. Lukka, 83 – Frattezi, 1. L.Martines, 45+3; 47.

Cenoa – Yuventus 0:3
Qollar: Vlahoviç, 48-pen; 55. Konseysao, 89.

Bolonya – Atalanta 1:1
Qollar: S.Kastro, 46 – Samardziç, 90.

29 sentyabr

Torino – Latsio 2:3
Qollar: Adams, 67. Koko, 90+2 – Genduzi, 8. Dia, 60. Noslin, 89.

Roma – Venesiya 2:1
Qollar: Kristante, 74. Pisilli, 83 – Pohyanpalo, 44.

Komo – Verona 3:2
Qollar: Kutrone, 43; 72. Belotti, 89 – Lazoviç, 53. Lambourde, 90+4.

Empoli – Fiorentina 0:0

Napoli – Montsa 2:0
Qollar: Politano, 22. Kvaratsxeliya, 33.

30 sentyabr

Parma – Kalyari 2:3
Qollar: Man, 62. Hernani, 87-pen – Zortea, 34. Marin, 75. Pikkoli, 87.