A Seriyası: “Latsio” evdə “Leççe” ilə bacarmadı

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2022/2023 mövsümünün 35-ci turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Latsio” doğma meydanda “Leççe” ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib.

35-ci turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.

İtaliya A Seriyası
35-ci tur
12 may

Latsio – Leççe 2:2
Qol: İmmobile, 34. Milinkoviç-Saviç, 90+4 – Uden, 45+2; 51.

13 may

17:00. Salernitana – Atalanta
20:00. Spetsiya – Milan
22:45. İnter – Sassuolo

14 may

14:30. Verona – Torino
17:00. Fiorentina – Udineze
17:00. Montsa – Napoli
20:00. Bolonya – Roma
22:45. Yuventus – Kremoneze

15 may

22:45. Sampdoriya – Empoli