A Seriyası: “Leççe” evdə, “Montsa” səfərdə qalib gəldi

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2022/2023 mövsümünün 32-ci turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Leççe” doğma meydanda “Udineze”ni tək qolla məğlub edib. “Spetsiya” isə “Montsa” ilə ev oyununda 2 cavabsız qolla uduzub.

32-ci turun qalan qarşılaşmaları şənbə və bazar günlərinə təsadüf edəcək.

İtaliya A Seriyası
32-ci tur
28 aprel

Leççe – Udineze 1:0
Qol: Strefezza, 62-pen.

Spetsiya – Montsa 0:2
Qol: Çiurria 21. K.Auqusto, 90+3.

29 aprel

20:00. Roma – Milan
22:45. Torino – Atalanta

30 aprel

14:30. İnter – Latsio
17:00. Kremoneze – Verona
17:00. Napoli – Salernitana
17:00. Sassuolo – Empoli
20:00. Fiorentina – Sampdoriya
22:45. Bolonya – Yuventus

Xəbəri sosial şəbəkələrdə paylaş: