A Seriyası: “Milan” ÇL-də, “Kremoneze” B Seriyasında!

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2022/2023 mövsümünün 37-ci turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha beş qarşılaşma baş tutub.

“Verona” – “Empoli” və “Bolonya” – “Napoli” matçlarında qalib müəyyənləşməyib. “Montsa” evdə “Leççe”yə məğlub olub. Beş qolun qeydə alındığı “Latsio” – “Kremoneze” matçında meydan sahibləri qalib gəliblər. Günün ən maraqlı görüşü Turində yerli “Yuventus”la “Milan” arasında baş tutub. Milanlılar bu çətin səfər matçından minimal hesabla qalib ayrılıblar. Nəticədə “Milan” da UEFA Çempionlar Liqasına vəsiqəni təmin edib.

Beləliklə, 37 turdan sonra çempion “Napoli” 87 xalla vahid liderdir. “Latsio” 71 xalla ikinci, “İnter” 69 xalla üçüncü pillədə qərarlaşıb. “Milan”ın 67, “Atalanta”nın 61, “Roma”nın 60, 10 xalı silinən “Yuventus”un 59, “Torino” və “Fiorentina”nın 53, “Montsa”nın 52, “Bolonya”nın 51 xalı var.

19 xalla sonuncu olan “Sampdoriya” və mövsümü 24 xalla 19-cu sırada bitirəcəyi dəqiqləşən “Kremoneze” son turun nəticələrindən asılı olmayaraq A Seriyasını tərk edəcəklər. Elitanı tərk edəcək sonuncu komanda isə hazırda 31 xalları olan “Spetsiya” ilə “Verona”dan biri olacaq.

İtaliya A Seriyası
37-ci tur
26 may

Sampdoriya – Sassuolo 2:2
Qol: Qabbyadini, 8. Erliç, 78-öz qapısına – Berardi, 9. M.Enrike, 11.

27 may

Salernitana – Udineze 3:2
Qol: Kastanos, 43. Kandreva, 57. Trost-Ekonq, 90+6 – Zeqelar, 25. Nesterovski, 30.

Spetsiya – Torino 0:4
Qol: Vişnevski, 24-öz qapısına. Riççi, 72. İliç, 76. Karamo, 90+6.

Fiorentina – Roma 2:1
Qol: Yoviç, 85. İkone, 88 – El Şaaravi, 11.

İnter – Atalanta 3:2
Qol: Lukaku, 1. Barella, 3. L.Martines, 77 – Paşaliç, 36. Muriel, 90+1.

28 may

Verona – Empoli 1:1
Qol: Qaiç, 61 – Maqnani, 90+6-öz qapısına.

Bolonya – Napoli 2:2
Qol: Ferquson, 63. De Silvestri, 84 – Osimhen, 14; 54.

Montsa – Leççe 0:1
Qol: Kolombo, 90+11-pen.

Latsio – Kremoneze 3:2
Qol: Hüsay, 4. Milinkoviç-Saviç, 37; 89 – Qaldames, 54. Latsari, 58-öz qapısına.

Yuventus – Milan 0:1
Qol: Jiru, 40.