Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 33-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Empoli” – “Venesiya” matçında qalib müəyyənləşməyib.
“Bolonya”nın qonağı olan “İnter” bu görüşdə gözlənilməz məğlubiyyətə üzülüb. “Milan” isə “Atalanta” ilə ev oyununda oxşar hesabla uduzub.
33-cü turun qalan görüşləri aprelin 21-də keçiriləcək.
İtaliya, A Seriyası
33-cü tur
19 aprel
Leççe – Komo 0:3
Qollar: Diao, 33; 90+1. Qoldaniqa, 84.
Montsa – Napoli 0:1
Qol: Maktominey, 72.
Roma – Verona 1:0
Qol: Şomurodov, 4.
20 aprel
Empoli – Venesiya 2:2
Qollar: Fatsini, 59. Anyorin, 87 – Yeboa, 67. Busio, 85.
Bolonya – İnter 1:0
Qol: Orsolini, 90+4.
Milan – Atalanta 0:1
Qol: Ederson, 62.
21 aprel
14:30. Torino – Udineze
17:00. Kalyari – Fiorentina
20:00. Cenoa – Latsio
22:45. Parma – Yuventus