A Seriyası: “Milan” “Latsio”nu tək qolla yendi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 27-ci turunun qarşılaşmalarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

“Latsio” doğma meydanda “Milan”la qarşılaşıb. Milanın eyniadlı təmsilçisi bu oyunda tək qolla 3 xala sevinib.

27-ci turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.

İtaliya, A Seriyası
27-ci tur
1 mart

Latsio – Milan 0:1
Qol: Okafor, 88.

2 mart

18:00. Udineze – Salernitana
21:00. Montsa – Roma
23:45. Torino – Fiorentina

3 mart

15:30. Verona – Sassuolo
18:00. Empoli – Kalyari
18:00. Frozinone – Leççe
21:00. Atalanta – Bolonya
23:45. Napoli – Yuventus

4 mart

23:45. İnter – Cenoa