Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 25-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş görüş baş tutub.
“Empoli” – “Fiorentina” və “Udineze” – “Kalyari” matçlarında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Latsio” evdə “Bolonya”ya uduzub. Paytaxtın digər təmsilçisi “Roma” isə səfərdə “Frozinone”ni 3 cavabsız qolla məğlub edib.
“Montsa” – “Milan” matçında gözlənilməz nəticə qeydə alınıb. Altı qolun vurulduğu oyun milanlıların məğlubiyyəti ilə yekunlaşıb.
Beləliklə, 25 turdan sonra 63 xala malik “İnter” vahid liderdir. Milan təmsilçisinin ehtiyatda təxirə salınmış bir oyunu da var. “Yuventus” 54 xalla 2-ci, “Milan” 52 xalla 3-cü pillədə qərarlaşıb. “Atalanta” və “Bolonya”nın 45, “Roma”nın 41, “Fiorentina”nın 38, “Latsio”nun 37, “Napoli” və “Torino”nun 36 xalı var.
İtaliya, A Seriyası
25-ci tur
16 fevral
Torino – Leççe 2:0
Qollar: Bellanova, 50. Sapata, 81.
İnter – Salernitana 4:0
Qollar: Türam, 17. L.Martines, 19. Dumfris, 40. Arnautoviç, 90.
17 fevral
Napoli – Cenoa 1:1
Qollar: Nqonqe, 90 – Frendrup, 47.
Verona – Yuventus 2:2
Qollar: Folorunşo, 11. Noslin, 52 – Vlahoviç, 28-pen. Rabyö, 55.
Atalanta – Sassuolo 3:0
Qollar: Paşaliç, 22. Kopmeyners, 58. Bakker, 75.
18 fevral
Latsio – Bolonya 1:2
Qollar: İsaksen, 18 – Əl-Azzuzi, 39. Zirkze, 78.
Empoli – Fiorentina 1:1
Qollar: Nyanq, 56-pen – Beltran, 30.
Udineze – Kalyari 1:1
Qollar: Zemura, 14 – Qaetano, 44.
Frozinone – Roma 0:3
Qollar: Höysen, 38. S.Əzmun, 71. Paredes, 81-pen.
Montsa – Milan 4:2
Qollar: Pessina, 45-pen. Dani Mota, 45+6. Bondo, 90. Kolombo, 90+5 – Jiru, 64. Pulişiç, 88.