A Seriyası: “Milan” “Salernitana” üzərində qələbəni əldən verdi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 26-cı tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha bir qarşılaşma baş tutub.

Turun bağlanış matçında “Milan” doğma meydanda “Salernitana” ilə üz-üzə gəlib. Qarşılaşmada hesabı ilk hissədə milanlılar açsa da, qonaq komanda fasilədən sonra buraxılan topun əvəzini çıxıblar. Beləcə, son matç bərabərliklə yekunlaşıb.

A Seriyasında 26 turdan sonra 68 xala malik “Napoli” vahid liderdir. “İnter” 50 xalla ikinci, “Latsio” 49 xalla üçüncüdür. “Milan” 48, “Roma” 47, “Atalanta” 42, məlum səbəblərdən 15 xalı silinmiş “Yuventus” 38, “Torino” 37, “Bolonya” 36, “Udineze” 35, “Fiorentina” 34 xal toplayıb.

İtaliya A Seriyası
26-cı tur
10 mart

Spetsiya – İnter 2:1
Qol: D.Maldini, 55. Nzola, 87-pen – Lukaku, 83.

11 mart

Empoli – Udineze 0:1
Qol: Bekao, 54.

Napoli – Atalanta 2:0
Qol: Kvaratsxeliya, 60. Rahmani, 77.

Bolonya – Latsio 0:0

12 mart

Leççe – Torino 0:2
Qol: Sinqo, 20. Sanabria, 23.

Kremoneze – Fiorentina 0:2
Qol: Mandraqora, 27. Kabral, 50.

Verona – Montsa 1:1
Qol: Verdi, 51 – Sensi, 55.

Roma – Sassuolo 3:4
Qol: Zalevski, 26. Dibala, 50. Veynaldum, 90+4 – Loryente, 13; 18. Berardi, 45+4-pen. Pinamonti, 75.

Yuventus – Sampdoriya 4:2
Qol: Bremer, 11. Rabyo, 26; 64 Sule, 90+3 – Auqelyo, 31. Dyuriçiç, 32.

13 mart

Milan – Salernitana 1:1
Qol: Jiru, 45+1 – Dia, 61.

Xəbəri sosial şəbəkələrdə paylaş: