A Seriyası: “Milan” tək, “İnter” 3 qolla qalib gəldi

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 23-cü turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Sampdoriya” – “Bolonya” matçı qonaqların qələbəsilə yekunlaşıb. Səfərdə “Montsa” ilə qarşılaşan “Milan” 3 xalı tək qolla qazanıb. Milanın digər təmsilçisi “İnter” isə doğma meydanda “Udineze” ilə qarşılaşıb və bu oyundan inamlı qələbə ilə ayrılıb.

Turun qalan qarşılaşmaları qarşıdakı günlərdə keçiriləcək.

İtaliya A Seriyası
23-cü tur
17 fevral

Sassuolo – Napoli 0:2
Qol: Kvaratsxeliya, 12. Osimhen, 33.

18 fevral

Sampdoriya – Bolonya 1:2
Qol: Sabiri, 68-pen – Soriano, 27. Orsolini, 90.

Montsa – Milan 0:1
Qol: Messias, 31.

İnter – Udineze 3:1
Qol: Lukaku, 20-pen. Mxitaryan, 73. L.Martines, 89 – Lovriç, 43.

19 fevral

15:30. Atalanta – Leççe
18:00. Fiorentina – Empoli
18:00. Salernitana – Latsio
21:00. Spetsiya – Yuventus
23:45. Roma – Verona

20 fevral

23:45. Torino – Kremoneze